Ev Gəzməli yerlər Gəzəyənlər “Əsas işimiz otellərin səviyyəsini yüksəltməkdir” – FOTOLAR

“Əsas işimiz otellərin səviyyəsini yüksəltməkdir” – FOTOLAR

“Yeni təsnifat sistemi yaradılacaq. Yeni yaradılacaq təsnifat sisteminə 2019-cu ilin sentyabr ayında başlayacağıq”.

Azərbaycan Hotellər Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib. Onun sözlərinə görə, bundan əvvəl isə təkcə Bakıda deyil, regionlarda da təlimatlar keçiriləcək: “Bunun şəffaf keçirilməsi bizim üçün çox mühümdür. Ona görə də bir plan hazırlayırıq, bu barədə yaxın aylarda məlumat verəcəyik”.

Günay Sağlam bildirib ki, iki aydır fəaliyyət göstərsək də artıq 36 otel Assosiasiyaya üzv olub: “Göndərdiyimiz proqram hamısının xoşuna gəlib. Amma hədəfimiz ilin axırına qədər bu otellərin sayını 100-ə çatdırmaqdır. Çünki “Hotrec”in yəni Avropa Birliyinin ən güclü assosiasiya qrupunun tələblərinə görə, 100 otel olduqdan üzv olduqdan sonra “Hotrec”ə üzv olmaq üçün müraciət edə bilərik:

“”Hotrec” üzv olan ölkələri yoxlayır. Yəni Almaniyada 4 ulduzlu otel nə deməkdirsə, Azərbaycanda da o olacaq”.

Otellərə ulduzların verilməsi məsələsinə toxunan Günay Sağlam bildirib ki, ən vacib tələb təmizlik, gülər üzlü personal, servis, otelin yaxşı vəziyyətdə olmasıdır:

“İki inspektor göndəriləcək həmin otelə, bir gecə qalacaqlar orada və 50 səhifəlik böyük bir rəy toplanılacaq. Daha sonra biz onu veb saytımızda yayımlayacağıq. Yəni hər şey çox açıq və şəffaf olacaq. Otel rəhbərləri də orada öz şərhlərini verə biləcəklər”.

Günay Sağlam bildirib ki, veriləcək lisensiya müddəti 4 ildir:

“İki il keçəndən sonra biz otələ gizli alıcı göndərəcəyik heç kimin xəbəri olmadan. Bununla da otelin həmin kateqoriyaları nə qədər saxladığı yoxlanılacaq. Müştərilərdən gələn rəylərin əsasında da həmin otellərə gizli alıcı göndəriləcək. Amma biz buradan otelləri qorxutmaq istəmirik. Çünki bizim əsas işimiz otellərə dəstək verməkdir. Təbii ki, təlimatlar keçiriləcək. Bütün suallar veb saytımızda olacaq və otellər hamısı hazırlıqlı olacaq. Əsas işimiz otellərin səviyyəsini yüksəltməkdir”.