Naftalan

Bu il Naftalan şəhərinə həm müalicə, həm də istirahət üçün gələn turistlərin sayı açıqlanıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan “Marja”ya verilən məlumata görə, 2019-cu ilin 10 ayı ərzində Naftalana gələn turistlərin sayı 35 min nəfər təşkil etmişdir ki, onlardan 10 min 453 nəfəri xarici ölkələrdən gələnlərdir.

2018-ci ildə şəhərin turizm obyektlərində 37 min 623 nəfər turist istirahət etmişdi ki, onun da 11700 nəfəri dünyanın 57 ölkəsindən gələn turistlər olmuşdu.

Şəhərdə turist axınının müsbət dinamikası burada yeni turizm obyektlərinin tikilməsi zərurətini yaradır. Hazırda şəhərdə müasir standartlara cavab verəcək yeni turizm obyektləri inşa olunur və iki obyektdə isə işlər yekunlaşmışdır.

Hazırda şəhərdə 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Sözügedən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində ümumilikdə 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otelçilik və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. İşləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi əhalinin 15 faizini təşkil edir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin