Ev Gəzməli yerlər Gəzəyənlər 2018 -ci ildə səfər ediləcək ən yaxşı yerlərin adı.

2018 -ci ildə səfər ediləcək ən yaxşı yerlərin adı.

Məşhur Forbes dərgisi ən məşhur yerlərin adını açıqlayıb.

Məşhur Forbes dərgisi turizm sahəsinin ekspertləri və qərbdə məşhur olan turizm şirkətləri arasında sorğu aparıb.

Gəzməli.az xəbər verir ki sorğu 2018-ci ildə səyahət etmək üçün ən yaxşı yerlərin adları ilə bağlı olub.

Sorğu əsasında siyahının ilk pilləsində zəngin çimərlikləri olan  Kambodca qərarlaşıb. Bu ölkədə aşılan yeni-yeni otellər həmçinin zəngin çimərliklər turizm şirkətlərini məhz bu ölkəni birinci etməyə vadar edib.

Siyahının ikinci pilləsində milli parkları ilə məşhur olan Boliviya  qərarlaşıb.Buranın özəl gölləri və qastronomik turizmi olduqca məşhurdur. Üçlüyü isə Cənubi Tanzaniya tamamlayır.

Həmçinin siyahıda Tasmaniya, Mexiko, ABŞ-da Aşvill ,Çad, Şimali Braziliya, Çili, Milan və Misirin adları yer alıb.