PAYLAŞ
“5-ci Respublikanın simvolu”

Fransanın paytaxtında yerləşən “5-ci Respublikanın simvolu”nun necə korlandığı haqqında bir xəbəri nəzərinizə çatdırıq.

Parisdə yerləşən, qızıl heykəlləri və Eyfel qülləsinə açılan gözəl mənzərəsi ilə məşhur olan Trokadero meydanını ziyarət edənlər maraqlı bir hadisə ilə qarşılaşıblar.

Meydanda gəzərkən onlar abidələrin birinin üzərində olan qeyri-adi bir detalla rastlaşıblar. Söhbət “5-ci Respublikanın Simvolu” abidəsindən gedir. Əlində göyərçinləri tutan qızıla bürünərək əbədiləşdirilmiş bir qadın indi etirazçılar tərəfindən sarı jilet ilə bəzədilmişdir. Bu hərəkatın üzvlərinin digər heykəllərə toxunmadığı bildirilib.