Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, bu ilin yanvar-iyul dövrü turizm statistikasını açıqlayıb.

“Marja” xəbər verir ki, Türkiyəyə sözügedən dövrdə, təxminən 25 milyon əcnəbi ziyarətçi (turist) gəlib. Rusiya Federasiyası və Almaniya ən çox ziyarətçi göndərən ölkələr arasında ilk yerdədirlər.

Türkiyəyə İyul ayında, əvvəlki ilin eyni ayı ilə müqayisədə 16,67 faiz artımla 6 milyon 617 min 380 xarici səfər edib.

Bu ilin 7 ayı ərzində Türkiyəyə gələn əcnəbilərin sayı, ötən ilin eyni dövrünə nisbətən 14,11 faiz artaraq 24 milyon 693 min 886 olub.

Türkiyə, ilin 7 ayında 3 milyon 752 min 437 rus, 2 milyon 670 min 672 alman və 1 milyon 444 min 789 bolqar vətəndaşını qəbul edib.

Türkiyədə otellərdə doluluq nisbəti 76,1%-ə qalxıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin