otel

80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu yaradılacaq. Digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər təşkil olunub. Yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.

Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici materialların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin edir. İşçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil edir.

Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyat aparılır. Bunun üçün gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəllərini müəyyən edir və onların icrasına nəzarət edir.

Mehmanxana sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, bu qaydaların tələblərinə əməl edilməlidir. Bu məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planı ilə bağlı ümumi tələblər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilir. Tədbirlər planının icrasına Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs nəzarət edir.

Operativ Nəzarət Qrupunun rəhbəri və ya operativ nəzarət üzrə məsul şəxs mütləq qaydada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən yaradılan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən təşkil olunmuş tədris qrupunda bu Qaydaların tətbiqi ilə əlaqədar nəzarət tədbirlərinin həyata keçirilməsinin təşkili üzrə distant təlim kurslarına cəlb olunur. Kursu bitirməsi barədə həmin şəxslərə müvafiq sertifikat verilir.

Operativ Nəzarət Qrupunun üzvləri və ya operativ nəzarət üzrə məsul şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əlaqəli şəxslərinin adları və əlaqə vasitələrinin olduğu məlumat kitabçası ilə təmin edilirlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin