Ev Gəzməli yerlər Gəzəyənlər Rusiyalı turistlərə Bakıya səyahət etmək tövsiyə olundu

Rusiyalı turistlərə Bakıya səyahət etmək tövsiyə olundu

Bakı

Bayramlara bir həftədən də az vaxt qalıb, uzun həftəsonları başqa şəhər və ölkələrlə tanış olmaq üçün yaxşı “bəhanədir”. 

RİA Novosti” təqdim etdiyi materialda, 8 mart və həftəsonunu keçirmək üçün bir sıra istiqamətlər tövsiyə olunur.

Məqalənin müəllifi, 8 martda Azərbaycanın paytaxtı Bakı baş çəkməyi məsləhət görür.

“Azərbaycanın paytaxtı  eyni vaxtda həm Xəzər dənizinin ən böyük liman şəhəri, həm də Qafqazın ən iri şəhəridir.”

Materialda Azərbaycan paytaxtının gəzməli-görməli yerləri haqda məlumat verilir.

“Burada şəhərin ən qədim məhəlləsi sayılan İçərişəhər, mürəkkəb dizaynlı oyma binalarla və Alov qüllələri – məşəl şəklində olan göydələnlərlə möhtəşəm ahəng yaradır.

Yeri gəlmişkən, Bakıda da, İstanbulda olduğu kimi Qız Qalası var, bundan başqa çoxsaylı saraylar, məscidlər, teatrlar, parklar, sahilyanı bağlar və muzeylərə rast gəlmək olar. Onların arasında unikalları da var: məsələn Azərbaycan xalça muzeyi”.

Məqalədə həmçinin hava şəraitinin Bakıya səyahət üçün əlverişli imkan yaratdığı qeyd olunur:

Sinoptiklər bayram günlərinə Bakıda gözəl bahar havası: müsbət 12-14 dərəcə vəd edir”, – deyə məqalədə qeyd olunur.