Ev Gəzməli yerlər Gəzəyənlər Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə ediblər

Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə ediblər

Bakı toplantısı

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib.

Tədbirdə ölkəmizi Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib.

İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və təşkilatın İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib.

Xatırladaq ki, yanvarın 22-də Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad NağıyevBMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.

Ölkəmiz 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.