Azərbaycanın turizm istiqamətləri arasında yüksək əhəmiyyət daşıyan “GoyGol Lake Resort” istirahət turizm kompleksi 2019-cu il may ayının 15-dən yay mövsümünü açıb.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/2-32.jpg)
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli Sərəncamı ilə Xanlar (Goygöl), Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılıb.
2016-ci ildə Milli Parkın ərazisndə “GoyGol Lake Resort” turizm kompleksinin tikintisi başa çatdıqdan sonra isə otel öz fəaliyyətinə başlayıb.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/3-25.jpg)
“GoyGol Lake Resort” 50 hektar ərazidə yerləşərək, otel xidməti üçün yararlı olan 5 binadan, koteclərdən və müxtəlif kateqoriyalı 48 otaqdan ibarətdir.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/4-24.jpg)
GöyGölün rəngarəng təbiəti, yaşıl meşələri, soyuq bulaqları, möhtəşəm dağları, gözoxşayan çəmənlikləri, mineral bulaqları və gözəllikləri sözlə təsvir oluna bilməz.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/5-21.jpg)
GöyGölün yerləşdiyi ərazidə bir-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bu göllər də füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə insanları heyran edir.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/8-11.jpg)
Son illər Azərbaycanın ən mənzərəli yerlərindən biri olan GöyGölə turistlərin gəlişi artır və xüsusən də GöyGöl yaxınlığında Gəncə şəhərində hava limanının mövcudluğu bunun üçün gözəl şərait yaradır.
![](https://gezmeli.az/wp-content/uploads/2019/05/9-12.jpg)
Rezervasiya üçün əlaqə: (+99451) 229- 64- 77; (+99451) 229- 64- 88
Facebook: https://www.facebook.com/Goy-Gol-Lake-Resort-1036675663198584/
Instagram: https://www.instagram.com/goygol.lake.resort/