Ev Gəzməli yerlər Hollandiyada qumdan otel

Hollandiyada qumdan otel

Hollandiyada yenə bir fərqli otel 

Yəqin dəniz kənarında  kimlərinsə düzəltdiyi qum heykəl görmüsünüz.Bu heykəllər bir toxunuşla yerlə bir olur. Hollandiyada da qumdan otel  düzəldiblər. Nə qədər qəribə səslənsə də, bu qum otelin içində  “wi-fi”-dan kral dairəsinə qədər hər şey var. Burda bir gecə qalmaq 168 dollara başa gəlir.

Hollandiyada dünyanın ən qəribə otellərindən biri istifadəyə verilib.  Buzdan otellər yaradan isveç və finlandlardan geri qalmayan hollandlar, qumdan mehmanxana ucaldıb.

Dəniz sahilində çoxları qumdan heykəllər, qalalar qurmağı sevir. Hollandlar isə bu sevgini əsas götürərək,  dəniz qumundan otel inşa etmək qərarına gəlib. Bunun üçün  800 tondan çox qum istifadə olunub.  Nə qədər qəribə səslənsə də, bu otel heç də bəzək üçün deyil. Əksinə, qumdan oteldə işıq, daimi su, şüşə pəncərələr, kral dairəsi, xalçalar, lüks hamam otaqları, hətta “vay-fay” da var.

Qum otelin tizaynına da söz ola bilməz. Hər otaqda müxtəlif qum heykəllər yaradan  heykəltaraşlar, terrakota döyüşçülərinin heykəlləri isə qonaqları uzaq keçmişlə tanış edir.  Bu oteldə gecələmək istəyənlər gərək 168 dollarından keçsin. Amma bunun üçün də tələsmək lazımdır. Belə ki, qumdan yaradılan otel 3 gün sonra bağlanacaq. Onun yenidən açılması üçün 1 il gözləmək lazım gələcək.

Təşkilatçılar Hollandiyadakı qum otelin böyük marağa səbəb olduğunu nəzərə alaraq, böyük britaniya və almaniyada da oxşar tikililər inşa etmək niyyətindədir.