Ev Turizm Xəbərləri Göygöl Milli Parkında ekotur keçirilib – FOTO

Göygöl Milli Parkında ekotur keçirilib – FOTO

Göygöl

Göygöl Milli Parkında “Fərqli tur, fərqli yanaşma” şüarı altında məcara turu təşkil olunub.

Kap.az” Fərqli Turizm Klubu və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən təbiət yarışmasına 50-dək iştirakçı qoşulub.

Göygöl

APA-nın məlumatına görə, Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov jurnalistlərə bildirib ki, məcara turuna qoşulan iştirakçılar 7 km məsafəni qət edərək milli parkın füsunkar təbiəti, dağ yolları, meşəsi və ekoturizm marşrutları ilə tanış olublar.

“Tur zamanı ekstremal “offroad”, oxatma, müxtəlif xalq oyunları kimi müsabiqələr keçirilib. Qaliblər mükafatlandırılıb: “Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoloji turizmin təbliğinə nail olmaqdır. İnsanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır”.

Göygöl

Qeyd edək ki, bu, noyabr ayı ərzində Azərbaycanın milli parklarında ekoloji turizmi təbliğ etmək üçün təşkil olunan sayca dördüncü tədbirdir.