Ev Turizm Xəbərləri Misirdə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb

Misirdə koronavirusdan ölənlərin sayı 6 nəfərə çatıb

Misir

Son iki gün ərzində Misirdə daha iki nəfər koronavirus səbəbindən həyatını itirib.

AZƏRTAC Misir Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həyatını itirənlər 78 yaşlı İtaliya vətəndaşı və 70 yaşlı Qahirə sakinidir. Beləliklə, ölkədə COVID-19 virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

Məlumatda qeyd olunur ki, martın 17-də Misirdə koronavirusa 30 yoluxma faktı qeydə alınıb. COVID-19 virusuna yoluxanların ümumi sayı isə 196 nəfərdir. Ölkənin xəstəxanalarında koronavirus müayinəsi aparan daha 6 laboratoriya açılıb. Son iki gündə səhiyyə müəssisələrinə qızdırma şikayəti ilə müraciət edən 34 nəfərdə isə koronavirus aşkarlanmayıb.


Misir hökuməti pandemiyanın qarşısını almaq məqsədilə turizm sektorunun fəaliyyətini dayandırıb. Otellərdə dezinfeksiya işləri aparılır, məscidlərdə cümə namazı da daxil olmaqla, kütləvi ibadət qadağan edilib, kinoteatr, konsert zalları və aeroportlar bağlanılıb. Bundan başqa, hökumət tibbi spirt və maskaların ixracını dayandırıb.