PAYLAŞ
Onlayn xidmət

Dubay Əmirliyinin Mədəniyyət və İncəsənət Departamenti turistlər və yerli sakinlər üçün “Dubai360.com” internet saytı vasitəsilə alternativ muzey xidməti təqdim edir.

Bu onlayn platformada şəhərin panoramı və görməli məkanları ilə ətraflı tanış olmaq olar.

Departamentin rəhbərliyi bildirib ki, xidmətin yaradılmasında əsas məqsəd koronavirus pandemiyası ilə əlaqədar turistik məkanların və muzeylərin bağlanıldığı bir vaxtda şəhərin qonaqları və sakinlərinə mədəni irsin təbliğ edilməsidir.

İnternet saytında videomateriallar və fotoşəkillər vasitəsilə Dubayın ən gözəl məkanları və mədəniyyət obyektlərini görmək mümkündür. O cümlədən Etihad Muzeyi, Əl Fəhidi Tarix Qoruğu, Numizmatika Muzeyi, qədim abidələr və müasir turizm məkanlarına onlayn səyahət etmək olar. Muzey eksponatları arasında görkəmli Səudiyyə şairi Əl Oqalli, Dubay şəhərinin əsasını qoyan Şeyx Rəşidin ev-muzeyi də var. Bundan başqa, onlayn xidmət vasitəsilə Əmirliyin ən qədim məkanı olan Əl Fəhidi qalasına da virtual səyahət təşkil edilir.