Ev Turizm Xəbərləri “Heathrow” aeroportu sərnişinləri koronavirus testindən keçirməyə hazırlaşır

“Heathrow” aeroportu sərnişinləri koronavirus testindən keçirməyə hazırlaşır

Heathrow

Londonun “Heathrow” aeroportu yay turizm mövsümünü xilas etmək üçün yaxın günlərdə sərnişinlərin koronavirus testindən keçirilməsi üzrə layihəyə start verəcək.

Gezmeli.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın ən iri hava limanının icraçı direktoru Con Holland-Key “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki həftədən sonra “Heathrow” ölkəyə daxil olan sərnişinlərin iş rejimində testdən keçirilməsinə başlaya bilər. Bir testin qiyməti 150 avro təşkil edəcək. Əgər testin cavabları mənfi nəticələnsə, 5-8 gündən sonra təkrar test keçiriləcək. Beləliklə, insan orqanizmində koronavirus aşkarlanmasa, Birləşmiş Krallıq hökumətinin müəyyən etdiyi iki həftəlik karantin rejimi iki dəfə azaldıla bilər.

Con Holland-Key ölkə hökumətinin də bu prosesi başlamaqda maraqlı olduğunu deyib.

İyulun 25-də Böyük Britaniyanın Nəqliyyat Nazirliyi İspaniyadan gələnlər üçün yenidən iki həftəlik məcburi karantin rejiminin tətbiq olunacağını elan edib. Birləşmiş Krallıq koronavirus pandemiyası dövründə Avropanın sərhədləri bağlamayan azsaylı dövlətlərindən biridir. Bununla yanaşı, xaricdən ölkəyə daxil olan şəxslər 14 günlük izolyasiya rejiminə əməl etməlidir.