Ev Turizm Xəbərləri Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

Qlobal Turizm

Dünya turizm sənayesi bu ilin yanvar-may aylarında 320 milyard ABŞ dolları məbləğində itki ilə üzləşib.

Gezmeli.az xəbər verir ki bu barədə BMT məlumat yayıb.

Məlumata görə, bu, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünün itkilərindən 3 dəfə çoxdur.

“2019-cu ildə dünyada dünyada 300 milyondan çox insan səyahət etmişdi. 2020-cu ildə koronavirus pandemiyasına görə bu rəqəm 50% azdır”, – deyə qurum bəyan edib.

Qlobal turizmdə pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlərin bir qismi ləğv edilsə də, əvvəlki vəziyyətin 2021-ci ildən tez bərpa olunmayacağı gözlənilir. Report