Tərəfdaşlar arasında yeni görüş keçirilib
Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.
Görüş çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb.
Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənib.
Görüşdə həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif edib, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunub. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunub.
Tədbirdən hazırlanmış video-çarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz: