Ev Yerlər Ölkələr Mehmanxanalarda qalan xaricilərin sayı açıqlandı

Mehmanxanalarda qalan xaricilərin sayı açıqlandı

Mehmanxanalarda qalan turist sayı açıqlanıb

2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 4,4 faiz artıb.  21,2 min vahid, birdəfəlik tutum isə 2,8 faiz artaraq 41,1 min yer olub.

Birdəfəlik tutumun 34,8 faizi Bakı, 14,8 faizi Xaçmaz, 8,8 faizi Qəbələ, 5,8 faizi Qusar, 3,9 faizi Quba, 3,2 faizi Gəncə, 2,7 faizi Masallı, 2,2 faizi Lənkərandır. Hər biri 1,9 faiz Şamaxı və İsmayıllı, 1,7 faizi Mingəçevirdir. Hər biri 1,2 faiz olmaqla Şəki və Qax, 15,9 faizi isə digər rayonlarda (şəhərlərdə) yerləşən mehmanxanalarda mövcud olub.

2016-cı illə müqayisədə mehmanxanaların gəlirləri 18,2 faiz artaraq 283,7 milyon manat olmuşdur ki, onun 67,9 faizi nömrələrin (otaqların) təqdim olunmasdır. 22,2 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Gəlirlərin 191,8 milyon manatı (67,6 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.