Aeroflot

Yaxın günlərdə “Aeroflot” aviaşirkəti avqust ayında əvvəlcədən bilet satdığı qapalı ölkələrə bir sıra reyslərin təxirə salındığını elan etmişdi.

Gezmeli.az xəbər verir ki, buna uyğun olaraq demək olar ki, hər gün aviaşirkətin reysləri ləğv olunur və ya təxirə salınır.

Qeyd edək ki, bu qərar təyinat nöqtəsi ölkələrdə mövcud epidemioloji məhdudiyyətlər nəzərə alınmaqla qəbul edilib. Təxirə salınan reyslərə görə sərnişinlərə artıq ödədikləri pul geri qaytarılacaq və ya vauçerlər veriləcək.

Nəzərinizə çatdıraq ki, avqustun 31-dək aviaşirkət Bakıya və bir sıra digər şəhərlərə müntəzəm reyslər yerinə yetirməli idi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin