Areoportda itmiş baqaja görə konsepsiya

Səyahət edərkən hava limanında qeydiyyatdan keçdikdən sonra baqajlarımızın taleyi “yad əllərə” təslim edilir.

Bəzən sağ-salamat yola saldığımız baqaj ya gec, ya zədələnmiş olaraq geri dönür, ya da heç dönmür.

Əlbəttə ki, bu hal səyahət edən insanlar üçün heç də ürəkaçan deyil. Lakin haqlarını bilən sərnişinlər, hətta bu vəziyyətə sevinə bilərlər. Çünki itmiş və zədələnmiş baqaja görə 1250 avroyadək kompensasiya alma haqları var.

Baqaj

Hava Nəqliyyatında bütün tənzimləmələr Varşava və Monreal Konvensiyalarına əsasən həyata keçirilir. Uçuş zamanı sərnişinlərin hüquqları və onların baqaj haqlarının sərhədləri məhz bu konvensiyalara uyğun müəyyən edilir.

Qaydalara əsasən, itmiş baqajın tapılması üçün əvvəlcə hava yolu şirkətinin “itmiş əşyalar şöbəsi” araşdırmalara başlayır. Sonra isə daha üst qurumlar işə cəlb edilirlər. Bir ay ərzində tapılmayan baqaj üçün isə kompensasiya işlərinə start verilir.

Baqaj

1 kq itmiş baqaj 20 dollar

Əgər qeydiyyatdan keçmiş (checked in) baqajınız itər, zədələnər və ya gecikərsə, Varşava konvensiyasına görə, hava yolu şirkəti hər kiloqrama görə 250 Poincare Franc (təxmini 20 dollar) kompensasiya ödəməlidir. Monreal Konvensiyasına görə isə hava yolu şirkətinin məsuliyyəti 1250 avro ilə məhdudlaşdırılır.

Baqaj

Yəni, bundan yüksək məbləğ tələb etmək sadəcə vaxt itkisidir. Çünki sərnişinlər bilet alarkən qaydaları qəbul etmiş olurlar.

Əgər zədələnmə baqajın özündə olan qüsura görə baş verərsə, onda sərnişinlərin heç bir kompensasiya tələb etmə haqqı yoxdur.

Baqajınız zədələnərsə

– Əgər baqajınız zədələnibsə, zədəni baqajı təslim aldığınız anda aşkar etsəniz, terminalı tərk etməmış hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.

– Əgər baqajınız zədələnibsə, baqajı təslim aldıqdan sonra 7 gün ərzində hava yolu şirkətinə yazılı müraciət etməlisiniz.

Baqaj

– Əgər baqajınız zədələnibsə və üstəlik, gecikibsə, onda baqajı təslim aldıqdan sonra 21 gün ərzində hava yolu şirkətinə yazılı şəkildə bildirməlisiniz.

Gec gələn baqaja görə ödəmə

Əksər sərnişinlər bu haqda məlumatsızdırlar. Əgər baqajınız gec gəlibsə, o zaman baqaj təhvil verilənədək çəkdiyiniz xərcləri göstərən fakturalarla birlikdə hava yolu şirkətinə birbaşa və ya yazılı olaraq müraciət edə bilər, pulunuzu geri ala bilərsiniz.

Pul

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin