PAYLAŞ
Alenka Vidmar

Bu il şirkətimiz üçün yubileydir və mən də ardıcıl olaraq 10-cu ildir ki, “AITF” sərgisində iştirak edirəm. Şirkətin sərgidə debüt etdiyi 2010-cu ildə bu tədbir Sloveniyanı yeni və cəlbedici turizm istiqaməti kimi azərbaycanlı turistlərə təqdim etmək üçün bir vasitə idi. Biz yaxşı nəticələr əldə etmişik, Azərbaycandan gələn turistlərin sayı artıb. Bir neçə il əvvəl Sloveniyanı təmsil edən bir sıra kurortun iştirakı ilə Sloveniya Turizm Şurası da tədbirdə stendi ilə iştirak edib.

Bu sözləri “CSO RENEE TOURS” şirkətinin nümayəndəsi Alenka Vidmar deyib.

CSO RENEE TOURS” Sloveniyaya gələn rusdilli turistlər üzrə ixtisaslaşmış turizm şirkətidir. Biz kompleks xidmətlər təklif edirik: oteldə yerləşmə, qrup və fərdi transferlər, ekskursiyalar, fərdi müştərilər, qruplar və “MICE” sahəsi üçün bütün Sloveniya ərazisində, dəniz kənarında, Alp göllərində və xizək kurortlarında əlavə xidmətlər. Bu il biz sərgidə Sloveniyanın “Rogaska Slatina” kurortunun stendi çərçivəsində iştirak edir. Sərgidə şirkətimiz və turoperatorlar ilə yanaşı, “Rogaska” tibb mərkəzini də təqdim edirik.

Rogaska Slatina” kurortu özlüyündə unikal məkandır . Dünyanın heç bir yerində “Donat Mg” kimi mineral su yoxdur. Bizim şirkət tibb mərkəzinin səhmlərinin böyük hissəsinə sahibdir. Bu müalicəvi su əsasında “Rogaska Slatina” kurortunda yerləşən bütün otel və apartamentlər üçün tibbi müalicə paketləri təklif edir”, – deyə A.Vidmar bildirib.

AITF” sərgisinin Azərbaycanı təmsil edən mövcud tərəfdaşlarla görüşlər keçirmək və yeni tərəfdaşlar axtarmaq üçün yaxşı fürsətdir. “CSO RENEE TOURS” şirkətinin nümayəndəsi deyib ki, gələcəkdə də bu sərgidə iştirak etmək niyyətindədirlər.