Ev Gəzməli yerlər Gəzəyənlər Turizm bazarlarının şaxələndirilməsi Azərbaycan Turizm Bürosu üçün əhəmiyyətlidir

Turizm bazarlarının şaxələndirilməsi Azərbaycan Turizm Bürosu üçün əhəmiyyətlidir

Bəhruz Əsgərov

Azərbaycan üçün prioritet istiqamət sayılan turizm bazarlarının şaxələndirilməsi Azərbaycan Turizm Bürosu üçün əhəmiyyətlidir. Görülən işlərin davamı olaraq yaxın gələcəkdə daha 4 bazarda Turizm Bürosunun nümayəndəliyinin açılması nəzərdə tutulub.

Bu sözləri jurnalistlərə Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov açıqlamasında deyib.

O əlavə edib ki, qeyd edilən bazarların seçilməsində gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq. İlkin olaraq həmin ölkələr artıq məlumdur, yaxın gələcəkdə bu istiqamətdə bütün işlər yekunlaşdıqdan sonra adlar açıqlanacaq.