Ev Turizm Xəbərləri Alman portalı “Chenot Palace Qəbələ” istirahət və sağlamlıq mərkəzindən yazır

Alman portalı “Chenot Palace Qəbələ” istirahət və sağlamlıq mərkəzindən yazır

"Chenot Palace Qəbələ"

Almaniyanın “Redspa” internet portalında “Chenot Palace Qəbələdə müalicə” sərlövhəli məqalə yerləşdirilib. Burada Azərbaycanın Qəbələ rayonunda yerləşən “Chenot Palace Qabala” istirahət və sağlamlıq mərkəzindən söz açılır.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycana gələn turistlərə ilk öncə paytaxt Bakı şəhərinin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər ilə tanış olmaq tövsiyə edilir. Azərbaycanda gəzməli-görməli yerlərin Bakı şəhəri ilə məhdudlaşmadığı görünür. Şəhərdən cəmi üç saatlıq məsafədə öz təbiətinin gözəlliyi ilə buraya gələn qonaqları heyran edən Qəbələ şəhərinin yerləşdiyi qeyd olunur.

2016-cı ildə burada istifadəyə verilən “Chenot Palace Health und Wellness Hotel” sağlamlıq və istirahət mərkəzinin 6 min kvadratmetrlik sahəsi, 72 qonaq otağı, üç villa və xüsusi ozon vannası olan fərdi Spaya malik olduğu bildirilir. Turistlərin istirahət mərkəzindən kənarda yerləşən Qəbələ rayonu və Qafqaz dağlarının təbii gözəllikləri, şəlalələri ilə tanış olmaq imkanının olduğu da vurğulanır.

Məqalədə “Chenot” mərkəzləri haqqında məlumat verilir. İlk “Chenot” mərkəzinin 1974-cü ildə Kann şəhərində açıldığı diqqətə çatdırılır.