Ev Turizm Xəbərləri Almaniyada Azərbaycanın turizm potensialı təbliğ edilib

Almaniyada Azərbaycanın turizm potensialı təbliğ edilib

turizm

Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfurt şəhərlərində silsilə tədbirlər keçirib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirlərdə iştirakçılar üçün Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə mövcud potensialından danışılıb. Turizm marşrutları, görməli yerləri, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.

turizm

Silsilə tədbirlərdə turizm şirkətlərinin geniş məlumatlandırılması məqsədilə Azərbaycanın təbiətindən, turizm imkanlarından bəhs edən təbliğat filmləri nümayiş olunub.

Almaniyanın hər 3 şəhərindən olan 150-dən çox turoperator, turagentlik, o cümlədən digər turizm təşkilatları ilə Azərbaycan turizm sektorunu təmsil edən 7 şirkət arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

Görüşlərdə qarşılıqlı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq perspektivləri qiymətləndirilib.

turizm

Silsilə tədbirlərin sonunda təsadüfi seçim prosesi ilə adları lotereya kağızında əks olunan iştirakçılara Azərbaycanın şərabçılıq ənənələrini əks etdirən mükafatlar təqdim olunub.