Ev Turizm Xəbərləri ATAA-nın Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

ATAA-nın Dünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

Dünya Turizm Təşkilatı

Sentyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

Sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu böyükdür. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.

Təşkilatda 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxs iştirak edib. Budəfəki sessiyasada Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaqdır. Turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltməkdir. Eyni zamanda, ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasıdır.