Ev Turizm Xəbərləri Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer: Bakıya aşiq oldum

D. Hakbuş

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi “Instagram” hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb.

D. Hakbuş

Daniel ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Bakıya aşiq olduğunu yazıb: “Bakını sənədli filmlərdə görmüşdüm. Həmişə buraya gəlmək istəyirdim. Mən bu şəhərə aşiq oldum, Bakı inanılmazdır”.

D. Hakbuş

Daniel Bakının gözəlliyini və ecazkarlığını göstərmək üçün çəkilişlərin əksəriyyətini dron aparatının köməkliyi ilə aparıb. Onun çəkdiyi foto və videolar arasında Bakının simvolları hesab edilən İçərişəhər, Fəvvarələr meydanı, Dağüstü park, Alov qüllələri və Heydər Əliyev Mərkəzi yer alıb.

D. Hakbuş

Qeyd edək ki, D. Hakbuş ölkələri qarış-qarış gəzərək, səyahət zamanı qarşılaşdığı gözəl mənzərələri kamerasının yaddaşına həkk etməklə izləyiciləri ilə sosial şəbəkə hesabında bölüşür.