Ev Ölkələr Amerika Amerikaya turist vizasını necə almaq olar? – SƏNƏDLƏR

Amerikaya turist vizasını necə almaq olar? – SƏNƏDLƏR

Amerikaya turist vizası almağın yolları

Yay artıq qapıdadır. Dincəlmək üçün bir-birindən cazibədar onlarla ölkə var. Bəziləri viza tələb edir, digərləri isə yox.

1. Lazım olan sənədlər

Birləşmiş Ştatlara səyahət üçün yararlı olan pasport. Pasport Birləşmiş Ştatlarda qalacağınız müddətdən sonra ən azı altı ay qüvvədə olmalıdır (ölkə ilə səciyyəvi sazişlər istisnalara yol verdiyi hallardan başqa)

ABŞ

Ən son verilmiş ABŞ vizasının olduğu pasport (müvafiq hallarda).

Viza ərizəsi, Forma DS-160

Son 6 ay ərzində çəkilmiş bir ədəd 5×5 rəngli fotoşəkil. Dövlət Departamentinin fotoşəkillərlə bağlı qaydalarına dair əlavə məlumat almaq olar.

ABŞ

Birləşmiş Ştatlara başqa məqsədlərlə daxil olduğu hallar istisna olmaqla, müşayiət edən ailə üzvləri, müvafiq olaraq nikah haqqında şəhadətnamənin əslini (həyat yoldaşı) və/yaxud doğum haqqında şəhadətnamələri (21 yaşından kiçik subay uşaqlar üçün) təqdim etməlidir. Bir çox viza növləri əlavə sənədlər tələb edir.

2. Yuxarıda qeyd olunan ölçülərdə foto çəkdirirsiniz.

3. DS-160 formasını onlayn doldurursunuz .

Formanı yükləmək üçün linkə daxil olub ölkəni seçib şəkildə qeyd edilən kodu yazıb müraciətə başlayırsınız. Bütün detalları doğru yazın. Dolduracağınız hər məlumatın nüsxəsini almağı unutmayın!

ABŞ

4. Formanı doldurduqdan sonra aşağıdakı linkə daxil olub qeydiyyatdan keçərək özünüzə hesab yaradırsınız, sonra ödəniş edirsiniz.

5. Email ünvanınıza ödənişin qəbul olunduğunu təsdiq edən məktub gələcək.

Bundan sonra müsahibə gününü seçə biləcəksiniz. Adətən, ən tez bu məktubdan 25 gün sonra müsahibə seçə bilərsiniz.

ABŞ

6. Məqsədiniz ABŞ-da daimi qalmaq olsa belə səfirlikdə şübhə yaratmayın.

7. Bank hesabınızda çox böyük məbləğ göstərməyin. Bir nəfərə 4000 ABŞ dolları kifayət edir.

8. Mütləq iş yerindən arayış və ya tələbə kağızınız olsun. Heç biri olmasa vizanı unudun.

Viza

9. Adınıza avtomobil və ya ev olsa bu sizin üçün əlavə üstünlük yaradır.

10. Mütləq hoteldə nömrə bron edin. Booking.com-dan bron edən kimi təsdiq səhifəsini çapdan çıxarın (iki günə ödəniş etməyəndə ləğv olunur).

11. Yuxarıda qeyd edilən ölçüdə fotonu iki nüsxədə çıxararaq özünüzlə müsahibəyə götürün.

Viza

12. Təyyarə bileti almayın, bron edin (onlayn yox, aviakassalardan bron etmək məsləhətdir).

13. Müsahibəyə gedərkən üstünüzə olan hər şeyi təhvil verirsiniz (sənədlərdən başqa).

14. Müsahibə alan şəxsin qarşısında həyəcanlanmayın, danışarkən gözündən başqa heç yerə baxmayın, yoxsa yalan danışdığınızdan şübhələnə bilərlər.

Viza

15. Səyahətin məqsədi, ziyarət edəcəyiniz yerlər və gələcək planlar barədə sualları mütləq eşidəcəksiniz.

16. Səyahət müddətini iki həftədən çox göstərməyin.

17. ABŞ-a səyahət zamanı özünüzlə ən azı 3000 dollar pul götürün.