Ev Ölkələr Amerika Amerikaya viza üçün hansı sənədlər tələb olunur?

Amerikaya viza üçün hansı sənədlər tələb olunur?

AMERİKAYA VİZA

Çoxları Amerikaya viza üçün, Şengendə tələb olunan sənədlərin istəndiyini söyləyir. Kimi deyir, iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, otel və təyyarə bileti bronu lazımdır. Kimi də deyir ki, sənəd boş şeydir, əsas ərizə formasını doldurmaqdır.

 

“BİZİ DÖNƏCƏYİNİZƏ İNANDIRIN”

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi.  Bu yaxınlarda müraciət edib, öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə  səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə “bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

NECƏ İNANDIRAQ?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət siğortası, iş yerimdən arayış aldım. Adıma ev, maşın olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra otel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

VİZA RÜSUMU – 160 DOLLAR

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları online ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra, bütün bu sənədlərlə birgə seçdiyim gün səfirliyə getdim.

22 NƏFƏRDƏN 17-NƏ “YOX” DEDİLƏR

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə “yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə “sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Passportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər. Və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı ?

O QƏDƏR SƏNƏDLƏRİ HAZIRLAMAQ LAZIM İDİMİ?

Mən bilmədim, pasportumda viza sayı çox olduğu üçün belə etdilər, yoxsa normal prosedur belədir. Yenə də əmin ola bilmədim. O qədər sənəd toplamaq lazım idimi?

Məncə, bütün bu suallara son qoymaq üçün Fransa səfirliyi kimi, Amerika səfirliyi də viza almaq üçün tələb olunan sənədlərin siyahısını rəsmi saytına yerləşdirməlidir.

Vizadan çətinlik çəkənlərin nəzərinə.

Amerikaya Viza əldə etmək üçün Go Travel turizm şirkətinə də müraciət edə bilərlər. Sizə orda lazimi köməkliyi göstərəcəklər.

Əlaqə nömrələri: (050-055-070) 664 60 30