Ev Turizm Xəbərləri Aparıcı turizm şirkətlərinin nümayəndələri Quba və Qusarda olublar

Aparıcı turizm şirkətlərinin nümayəndələri Quba və Qusarda olublar

turizm

Azərbaycanda fəaliyyət göstərən iyirmidən çox aparıcı turizm şirkətinin nümayəndələrinin Quba və Qusar rayonlarına tanışlıq turu təşkil olunub.

Dövlət Turizm Agentliyinin dəstəyi, Quba Destinasiya Menecmenti Təşkilatının təşəbbüsü ilə reallaşan səfər rayonların turizm potensialının, turizm məhsullarının təqdim olunması məqsədi daşıyıb.

Səfərin ilk günü qonaqlar Qubanın alma bağlarında məhsul toplanması və onun istehsalı, “Quba Palace” mehmanxana kompleksi və burada yerləşən Qolf Klubu, Azərxalça ASC-nin Quba filialı ilə yaxından tanış olublar. Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər. Günün sonunda qonaqlar Quba və Qusar rayonlarının turizm destinasiyası ilə bağlı təqdimatı izləyiblər.

Səfərin ikinci günü turizm şirkətlərinin nümayəndələri Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölü ətrafında yaradılan yeni turizm imkanları barədə məlumatlandırılıblar. Qonaqlar Quba rayonunda keçirilən “Alma bayramı“nın da iştirakçısı olublar.

Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində keçirilən master-klasda qonaqlara ləzgi yeməklərinin hazırlanması qaydası təqdim edilib.

Turizm şirkətlərinin nümayəndələri Qubada “Bal evi” müəssisəsində olublar. Həmçinin rayonda paxlava və bükmə hazırlanmasını izləyiblər.