Arxangelsk

“Dvina” otelin konfrans zalında Arxangelsk vilayətindəki soydaşlarımız Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib. Tədbir “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri, Rusiya Azərbaycanlıları İttifaqının Arxangelsk vilayətindəki nümayəndəsi Tərlan Qasımovun təşəbbüsü ilə baş tutub.

Tədbir Müstəqillik Gününün tarixindən və Azərbaycan Rusiya münasibətlərindən bəhs edib. Tədbirdə Axangelsk qubernatorun müavini Viktor İkonnikov, Regional İnkişaf Agentliyinin rəhbəri Maksim Zaborsky, Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayətinin rəhbəri Şahobiddin Vakkosov,üzvləri iştirak edib.

Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı müsbət tendensiyaları qeyd edən tədbir iştirakçıları ayrı-ayrılıqda Azərbaycan iqtisadiyyatından danışıblar. Arxangelsk vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdiriblər.

Azərbaycan ilə Arxangelsk vilayəti arasında ticari-iqtisadi əməkdaşlıq barədə saziş imzalanıb. Qubernator İqor Orlovun Azərbaycana səfəri, bir sıra mədəni və sosial tədbirlərin müşayiəti ilə keçiriləcək. Mühüm tədbirlər Rusiya və Azərbaycan xalqları arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcəkdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin