Ev Gəzməli yerlər Gəzəyənlər “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

“AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

Ata Travel

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyük əhəmiyyət daşıyır. Daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində təcrübəyə malik olan gəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik.

Müsabiqənin şərtlərinə görə, “AtaTravel” MMC tərəfindən keçirilən “Daxili turizm” mövzusunda müsabiqədə iştirak etmək başlığı ilə işıqlanan məqalənin linkini info@atatravel.az e-mail ünvanına göndərə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.