Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycanda turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair konsepsiya işlənilir (ÖZƏL)

Azərbaycanda turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair konsepsiya işlənilir (ÖZƏL)

Konsepsiya

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektoruna xarici sərmayələrin cəlb olunmasına dair sənəd üzərində işləyir.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Sənəd özündə aqroturizmə sərmayələrin cəlb edilməsi konsepsiyasını əks etdirir. Turizmin bu istiqaməti perspektivli və gəlirli hesab edilir. Yaxın illərdə Azərbaycanda turizmin bu növünü xarici turistləri cəlb etməklə populyarlaşdırmağı planlaşdırırıq. Turistlər regionlarda kəndlərə səfər edərək, kənd həyat tərzi sürəcəklər, yerli adətlərlə tanış olacaqlar və, hətta, kənd işlərinə qatılacaqlar“, deyə o bildirib.

Şöbə rəhbəri bildirib ki, turizmin bu sahəsi Avropa ölkələri, xüsusən də İtaliyada geniş tətbiq olunur.