Avropada ən qəribə 12 muzey
MUZEYLƏR SERİYASI BAŞLAYIR
Muzey deyəndə ağlımıza məktəb vaxtı tarix dərsliklərindəki sıxıcı yerlər gəlir. Səyahətimiz maraqsız keçməsin deyə proqramımıza muzey ziyarətləri daxil etmirik. Bəzi muzeylər var ki, bizi əyləndirər hətta qorxudan dilimizi tutula və yaxudda əgər acıqsa doydura bilər. Avropada belə muzeylərdən 12 dənə tapdım. Qeyd edin 🙂
1) Bitmiş münasibətlər muzeyi
Bu muzey 2006-cı ildə, münasibətlərinə son qoymaq qərarına gəlmiş cütlük tərəfindən təsis olunub. Elə bu zaman cütlük münasibətləri boyunca bir-birinə hədiyyə etdiyi onlarla suvener və hədiyyələrin taleyi haqqında bir qədər düşünmüşlər. Bütün bunları saxlamağın bir mənası yox idi, tullamağa isə əlləri gəlmirdi. Beləcə muzey ərsəyə gəldi, muzeyin kolleksiyası isə sevdiklərini itirmiş və ya sevgidə qarşılıq almamış insanların acı xatirələrdən qurtulmaq məqsədi ilə göndərdikləri eksponatlar sayəsində daima artmaqdadır. Özü də, burada adət halını almış üzük, geyim və Sevgililər gününə edilmiş hədiyyələrlə yanaşı nadir eksponatlara da rastlamaq mümkündür: məsələn, balta və ayaq protezi, taxtadan qarpız dilimi və s. Əgər bitmiş münasibətlərdən danışırıqsa bundan da qəribə əşyalar ola bilməzdi. Ən qəribəsi isə odur ki, bu əşyaların münasibətləri qurtarmış insanlar tərəfindən muzeyə göndərilməsidir. Hər bir eksponatın yanına təsviri də əlavə olunur.
Əgər yolunuz Zaqrebə düşmüyübsə sizdə köhnə sevgilinizdən qalan əşyaları bura göndərməklə bu muzeyin parçası ola bilərsiniz. Amma hazırda muzey eksponatlarla dolub-daşdığından, yeni eksponatlar qəbul olunmur. Təşkilatçılar gələcəkdə “qırıq qəlb” sahibləri arasında muzeydə sərgilənmə hüququ uğrunda ildə iki dəfə yarış keçirməyi planlaşdırırlar.
İş saatları: 9:00 – 22:30 (iyulun 1-dən sentyabrın sonuna kimi hər gün) 9:00 – 21:00 (noyabrdan mayın 31-ə kimi)
Ünvan: Ćirilometodska 2, 10 000 Zagreb, Croatia, +385 1 4851021
2) Saç muzeyi (Avanos, Kappadokiya, Türkiyə)
Muzey bir qədər qaranlıq kinofilmlərdən olan muzlu qatilin kolleksiyasını xatırladır. Avanos şəhərinin görməli yerlərindən olan bu unikal məkanın təsisçisi saxsı qab-qacaq mağazasının altında yerləşən məkanı çoxlu sayda qadınların saç nümunələri ilə dolduran Çez Qelip adlı türk dulusçudur. O həmçinin ən boyük insan saçı kolleksiyasına görə Ginnesin rekordlar kitabına da imza atıb (16 000-dən çox qadın). Tük ürpədicidir, hə? Bir qədər elədir. Muzey isə özlüyündə 30 il bundan öncə təsis edilmişdi, buna səbəb isə Qelipin sevdiyi qadın Avanosu tərk edərkən ona xatirə olaraq öz saç telini saxlaması olub.
İş saatları: 9:00 – 19:00.
Giriş: sərbəstdir.
Ünvan: Chez Galip Pottery, Avanos, Cappadocia, +90 384 511 5758
3) Balaca butulka muzeyi (Oslo, Norveç)
Norveçli bir adam uşaqlığından bütün rəngli kiçik butulkaları topluyub, dünyanın ən böyük “kiçik butulka” kolleksiyasından ibarət muzey yaradıb. Bu mueydə 50-yə yaxın qurğu var. Əgər yolunuz bura düşübsə mütləq bu muzeydə “qorxu otağını” ziayrət edin.
Və bir sürpriz…Bilet alana bir balaca butulka hədiyyə..
4) Kattenkabinet (Amsterdam, Hollandiya)
Bu muzey pişik sevərlərə gəlsin.
1600-ci ildən qalmış bir evdə 5 pişik və 1 adam yaşıyırdı. Nəticədə bu muzey yarandı. Bu muzeydə pişiklərlə bağlı nə istəsəniz tapa bilərsiniz. Müxtəlif pişik heykəlləri, şəkillər, rəssamların əsərləri (Pablo Picasso daxil) , jurnallar və başqa sənət əsərləri görə bilərsiniz. Bir də bütün dünyada pişik sahiblərini qısqandıracaq bir otaq var burda hansıki ev sahibinin ölmüş pişiyinə həsr olunmuşdur.
müntəzəm | € 7, – |
Uşaqlar | pulsuz |
Tələbələr / şagird | € 4, – |
Museum Tickets | NA |
Herengracht 497 1017 BT, Amsterdam
5) Vampir muzeyi ( Paris, Fransa)
Parisin şimal-şərq sərhədində uzaq və sakit bir küncdə olan bir qrup, qurduqları xüsusi muzeyləri ilə vampirlərin müasir və folklor mədəniyyətləri üzərində araşdırma sərgiləyir. Hətta muzeyin veb saytı da sahiblərini ziyarətçiləri qəbul etməyə elə də həvəsli olmadığını göstərir. Muzeydə axşam yeməyi və müzakirə qrupları da mövcuddur (yalnız 12-20 saat arasında).
(Yuxarıda gördüyünüz yazı maşını Dracula əsərinin müəllifi Bram Stoker’a məxsusdur və muzeydə sərgilənir.)
6) Gelati Muzeyi, (Emilia Bologna, Italya)
Türklərin “Maraş” adlandırdığı dondurmaya əslində İtaliyada “Gelati” deyirlər. Bolognada yaşayan dondurma satıcısı öz işini daha da yüksəldib köhnə dondurma maşınlarını bu muzeydə sərgilədi.
Əgər sizdə bu əsrarəngiz dondurma dünyasını kəşf etmək istəyirsinizsə mütləq ziyarət edin. Həmçinin burda dondurmaların dadınada baxa bilərsiniz. Roma dondurmasını və içindəki uşaqlığı üçün darıxanlara gəlsin bu yazı.
7) Neon muzeyi (Polşa, Varşava)
Əgər Polşanın 60-70-ci illərinə səyahət etmək istəyirsinizsə bu muzey tam sizin üçündür. Bir zamanlar küçələri işıqlandırmaq üçün istifadə olunan minlərlə küçə lampaları bu muzeydə həyat tapır. Burada o dövrün əfsanə restoranlarını, barlarını görə bilərsiniz.
Hər nə qədər yaşlı nəslin nümayəndələri neonlara nostajiylə və Soyuq müharibənin bir yadigarı olaraq baxsalarda yeni nəsil bu kolleksiyanı qoruyub saxlaya bilmişdir.
8) Beynəlxalq Leprechaun Muzeyi , (Dublin, İrlandiya)
İrlandiya əsrlər boyu xəyali Leprechaun xarakteri haqqında hekayələr söyləyir. Bu qızıl saqqallı, üzü yırtılmış qoca kişi, İrlandiyalı folklorun çox mühüm elementidir. Onun işi ayaqqabı düzəltmək və qazandığı qızılları gizlətməkdir. Bir şəxs tərəfindən tutulduqda, Leprechaun üç sehrli istək yerinə yetirir!
Dublinin mərkəzindəki bu muzey tamamilə Leprechaun və İrlandiya folkloruna həsr olunub. Muzey turları xüsusi hekayələr tərəfindən keçirilir və 8-ci əsrdən günə qədər Leprechaunun tarixinə bir neçə saatlıq səyahət edirsiniz. Bəlkə həqiqətən kimisə tutar və 3 sehrli istək diləyərsiniz. Kim bilir?
9) Cinayət muzeyi, (İngiltərə, Şotlandiya)
Londonda həqiqətən qəribə muzeylər çoxdur. Amma küçədə hansısa bir şəhər sakinindən “ən sirli muzey hansıdır?”- deyə soruşsanız cavab mütəq bura olacaq. Niyə? Çünki bu muzeyi ziyarət etməyə icazə verimir. 1870-ci ildə yaradılan bu muzeyə daxil olmaq üçün hansısa bir polis işçisi olmalı və yaxud burada keçirilən konfransa dəvət olunmalısınız. Çünki bu muzeydə ayrıca krimonoloji labaratoriya otaqları fəaliyyət göstərir.
Jack the Ripper və Charlie Peace kimi London tarixinin ən qanlı cinayətkarlarını kolleksiyasını bu muzeydə tapmaq olur.
10) Paris Kanalizasiya Muzeyi, (Paris, Fransa)
Dünyanın ən pis qoxan muzeyinə xoş gəlmisiniz. Lakin bu da bir sənətdir. Ən azından Parisdə. Sənətin və estetikanın birləşdiyi Parisdə kanalizasiyalar bundan geri qala bilməzdi. 1200-cü illərdən qalan bu tunelləri əslində Viktor Hugonun “Səfilllər”-də görmüşük. Bu muzey tam o dövrü təsvir edir. Parisin birdə altını görmək istəyənlər üçün əla fürsətdir.
11) Currywurst Muzeyi (Berlin, Almanya)
Almaniyaya gedib sosiska yemiyibsizsə deməli Almaniyaya getməmisiniz. Xüsusilə Berlində. Bu muzey şəhərin mərkəzində Soyuq müharibə qərargahı Chekpoint Charlienin yanında yerləşir. 11 euro qarşılığında bu muzeyin tarixini öyrənib , müxtəlif növlərini dadmaqla əyləncəli bir gün keçirəcəksiniz.
Buradakı sosiskaların dadına baxdıqdan sonra heç bir yerdə sosiska yemək istəmiyəcəksiniz.
12) Məsumiyyət Muzeyi, (İstanbul, Türkiyə)
İndi deyəcəksiniz ki, “bir romanın muzeyi ola bilərmi?” Məsumiyyət muzeyi Orxan Pamukun 2009-cu ildə yazdığı eyni adlı kitabın İstanbulda 3 mərtəbəli bir evdə yerləşdiyi bir muzeydir.
1975-2000- ci illərdə Füsun ilə Kamalın eşq hekayəsindən bəhs edən kitab bəlkədə 1950-2000-ci illərdə İstanbulu ən gözəl təsvir edən əsərdir.
Nobel mükafatı alan yazarın əsərlərini oxumaq biraz çətindir. Amma kitabı əlinizə aldıqdan sonra birdə yerinə qoymuyacaqsınız. Şəxsi təcrübəmdən deyirəm. Muzeyi kitabı oxuduqdan sonra gəzmək daha da məsləhətlidir. Lakin oxumadanda gəzə bilərsiniz.
Kitabı oxumuyub amma muzeyə getmək istəyənlər üçün əla fürsət: Muzey üçün pul ödəməyə ehtiyac yoxdur. Kitabı aldıqda içində muzeyə giriş bileti hədiyyə verilir. Bu da sizə kitabı oxumaq üçün motivasiya olar.