Ev Turizm Xəbərləri Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş olunur

Çində Beynəlxalq sərgi

Çinin iri liman şəhərlərindən olan Çindaoda “Bir kəmər, bir yol” ölkələrindən idxal edilən məhsulların sərgisi keçirilir.

Avqustun 8-dən 12-dək davam edəcək sərgidə Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə “Made in Azərbaijan” vahid ölkə stendində ölkəmizdə istehsal olunan müxtəlif növ keyfiyyətli kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və digər spirtli içkilər, meyvə şirələri, mürəbbələr, mineral suların və başqa məhsulların sərgisi və satışı təşkil olunub. Bundan əlavə, sərginin keçirildiyi ticarət mərkəzindəki iri reklam monitorlarında ölkəmizin turizm potensialı barədə videoçarxlar mütəmadi nümayiş edilir.

Qeyd edək ki, Çindao şəhər hakimiyyətinin dəstəyi, “Qingdao Global Consumer Electronics Expo” şirkətinin təşkilatçılığı ilə sərgi keçiriləcək . Keçirilən sərgini 200 min nəfərin ziyarət etməsi gözlənilir.