Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkədə peşəkar, beynəlxalq sertifikatlı bələdçilərin hazırlanması barədə razılığa gəliblər.
Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılmasıdır. Hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq əldə olunmalıdır. Eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunmasıda əsasdır.