Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Azərbaycan və İran

Hacıqabul Sənaye Məhəlləsində sabah İran tərəfi ilə “Scania” avtobuslarının birgə istehsal müəssisəsinin yaradılmasına dair müqavilə imzalanacaq.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir ölkələr arasında iqtisadi əlaqələrin son illər inkişaf etdiyini bildirib:

2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə, 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, tranzit, sənaye, sərmayələr, kənd təsərrüfatı və turizm sahəsində əlaqələrimiz genişdir”.

Ş.Mustafayev vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi ikitərəfli əlaqələrdə mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yük 10 dəfədən çox artıb.

Nazir əlavə edib ki, gələn ilin sonuna qədər Astara-Bakı yolu kimi Şimal istiqamətində avtomobil yolu fəaliyyətə başlayacaq:

“İran sahibkarları yüksək səviyyəli avtomobil nəqliyyatından istifadə edib yüklərini daşıya biləcəklər”.