Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycan Turizm Assosiasiyası beynəlxalq sertifikatlı bələdçilər hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyası beynəlxalq sertifikatlı bələdçilər hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyası

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki ölkədə peşəkar, beynəlxalq sertifikatlı bələdçilərin hazırlanması barədə razılığa gəliblər.

Azərbaycan Turizm Assosiasiyası

Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılmasıdır. Hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları cədvəlləri ilə qarşılıqlı tanışlıq əldə olunmalıdır. Eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunmasıda əsasdır.