Ev Turizm Xəbərləri Azərbaycanın turizm imkanları onlayn platformalar vasitəsilə tanıdılır

Azərbaycanın turizm imkanları onlayn platformalar vasitəsilə tanıdılır

turizm

Azərbaycan Turizm Bürosu Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi fəaliyyətini onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirir. Fəaliyyət çərçivəsində iyun ayı ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 54 onlayn görüş və 17 vebinar təşkil olunub.

Dövlət Turizm Agentliyindən Gezmeli.az bildirilib ki, onlayn görüşlərdə Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, Qazaxıstan, Polşa, Almaniya, Böyük Britaniya, İtaliya, Hollandiya və Norveçdən olan turoperatorlar və turizm şirkətləri də qoşulub. Postpandemiya dövründə dünya turizminin yeni inkişaf trendlərindən danışılıb. Turizm sənayesindəki dəyişikliklər mövzusunda müzakirələr aparılıb.

Hədəf bazarlardan olan turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara isə 470-dən çox iştirakçı qatılıb.

Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Yaxın Şərq, Cənubi Asiya kimi regionlardan olan 40-dan çox ölkədən 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.