PAYLAŞ
Azərbaycanlı turistlər

Yay fəsli və məzuniyyət ayları yaxınlaşdıqca, xarici ölkələrə tur-paketlər təklif edən turizm şirkətlərinin də reklamları çoxalır. TV-lərdə, radiolarda, sosial şəbəkələrdə müxtəlif ölkələrdə istirahət təklif olunur.

Antalya

Go Travel bildirilib ki, azərbaycanlıların 80 faizi yay tətilini Türkiyənin Antalya, Bodrum, Kuşadası, Marmaris kimi şəhərlərində, 20 faizi isə Avropa, Asiya istiqamətində keçirməyə üstünlük verir. Üçulduzlu hotellər bir nəfərə 450-550 dollara (altı gecə yeddi gün hoteldə qalmaq, aviabilet, sığorta, transfer, qidalanma daxil) başa gəlir.

Türkiyəyə ən ucuz səyahətin Alanya bölgəsinə olduğu qeyd olunur. Bir qədər baha olan Bodrum, Kuşadası, Fethiye kimi şəhərlərdə biletlərin qiyməti hotel seçimindən asılı olaraq 600-700 dollar arasında dəyişir.

Ən baha biletlər isə Asiyaya – Malayziya, Sinqapur bölgələrinədir.

Qeyd edək ki, mayın sonundan başlayaraq qiymətlər pik həddə çatacaq.

Travelmania” şirkəti isə azərbaycanlıların yay səyahətləri üçün üz tutduqları ölkələrin ilk onluğunu açıqlayıb. Türkiyə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, Rusiya, Çexiya, Fransa, İtaliya, Misir onluqda qərarlaşır. Turizm şirkətindən bildirilir ki, istirahət, dəniz istəyənlər Türkiyəyə, sanatoriyalara ehtiyacı olanlar Rusiya və Çexiyaya üz tuturlar.

Gürcüstan

AVA TOUR” şirkətindən verilən məlumata görə, biletlər ən çox Türkiyənin Antalya və Bodrum bölgələrinə alınır, qiymətlər 2 min-10 min dollar (hər şey daxil: hotel, qidalanma, sığorta, transfer) aralığındadır.

Ən ucuz biletlər isə 49 dollardan başlayan qiymətlərlə Gürcüstana olan avtobus turlarıdır.

Kəmər

Turizm şirkətindən bildirilir ki, Tailand, Malayziya, Sinqapur kimi ölkələrə maraq daha artıb. Səbəbin Azərbaycana gələn xarici turistlərin azərbaycanlıları öz ölkələrinə dəvət etməsi olduğu güman olunur. Qiymətlər 3 min-15 min dollar aralığındadır.