PAYLAŞ
KLOD MONE-JİVERNİ,FRANSA

Parisdən 80 km şimalda “Jiverni” adlı gözəl bir yerə rast gələcəksiniz. Bu balaca kənddə məşhur rəssam Klod Mone ömrünün 43 ilini keçirmişdir.

1883-cü ildə burada məskunlaşmış rəssamın güllərə-çiçəklərə həvəsi o qədər artmışdı ki, o bütün əsərlərində öz bağçasının və laləli düzənliklərin mənzərələrini çəkirdi.

JİVERNİ

Əvvəllər Monenin bağçası təxminən 1 hektardan ibarət idi. Bura köçən kimim onun etdiyi ilk şey evin qarşısını kəsən, şam ağaclarından ibarət olan, qaranlıq keçidi dağıtmaq oldu. Yalnız qızılgül kollarını saxladı,lakin vaxt keçdikcə qızılgüllər o qədər böyüdülər ki,evin qapısına kimi uzun tunel əmələ gətirdilər. Bu mənzərəni rəssamın bir çox əsərlərində də görmək olar.

Rəssamın dostları onu Jiverniyə tez-tez ziyarət edirdilər.Henr Matisse, Paul Cezanne, Auguste Renoir, Camille Pissarro və s. buraya vaxtaşırı gəlirdilər. Monenin güllərə olan sevgisini bilən dostları onun üçün müxtəlif ölkələrdən cürbəcür çiçək toxumları gətirirdilər.

JİVERNİ

Klod Mone öz texnikasının fərqliliyi və rəngləri qarışdırmamağı üçün məhşurlaşmağa başladı.

1893-cü ildə Mone öz mülkünün yanında ərazisi bataqlıq olan və dəmir yoluna yaxın torpağı ərazisi aldı. Burada kiçik bir bulaq da axırdı. Sonra sənətkar yerli hakimiyyət orqanlarının dəstəyi ilə əvvəlcə kiçik sonra isə nisbətən genişləndirilmiş bir gölməçə yaratdı. Gölməçədə müxtəlif növ zanbaqlar, ətrafda ağaclar, bambuk, iris, söyüd ağacları və sahil boyunca güllər əkilmişdir.

JİVERNİ

Klod Mone 1926-cı ildə Jivernidəki evində vəfat etmişdir. Bağçasına isə ögey qardaşı Blanş baxırdı. Təəssüf ki, İkinci Dünya Müharibəsi dövründə bağça dağıdılmışdı. 1966-cı ildə rəssamın oğlu Mişel Mone mülkü İncəsənət Akademiyasına təhvil verdi və onlar bağçanı və buradakı evi restavrasiya etdilər. İndi Jivernidəki bu bağçaya hər il minlərlə insan ziyarət edir.