Ev Turizm Xəbərləri Azərbaycan dünyanın əsas turizm istiqamətlərindən biridir

Azərbaycan dünyanın əsas turizm istiqamətlərindən biridir

turizm

Dünyanın əsas turizm istiqamətləri sürətlə dəyişir. Bu barədə Ümumdünya Turizm Təşkilatının son hesabatında bildirilir.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, ötən ilin ən çox turist qəbul edən ölkəsi Fransa olsa da, digər populyar istiqamətlərdə ciddi azalma müşahidə olunub. Əksinə isə yeni və daha cəlbedici istiqamətlər yaranıb və bunlardan biri də Azərbaycandır. Azərbaycan yeni populyarlaşan 20 ölkədən biridir. Ölkənin turist sayı 11,4 faiz artıb. Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanın hava nəqliyyatı sistemində bu ildən etibarən həyata keçiriləcək açıq səma siyasəti ölkəyə turizm axınını daha da artıracaq. Polşadan Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur.

Həmin siyahıda birinci yeri isə Myanmar tutur. Turistlər bu ölkələri bir neçə səbəbdən seçirlər. Bunlar əsasən təhlükəsizlik, ucuzluq, asan viza qaydaları və ucuz uçuşların olmasıdır.