Ev Turizm Xəbərləri Azərbaycan Turizm Bürosu beynəlxalq platformada mükafatlandırılıb

Azərbaycan Turizm Bürosu beynəlxalq platformada mükafatlandırılıb

turizm

Azərbaycan Turizm Bürosu “Ən perspektivli turizm bürosu” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Mükafatı 2019” platforması çərçivəsində təqdim edilib.

Mərasimdə qeyd edilib ki, son illərdə Azərbaycana Yaxın Şərq və Şimali Afrika bölgəsindən gələn turistlərin sayı çoxluq təşkil edir. Bu artım gələcəkdə də müşahidə edilə bilər.

Platformanın icraçı direktoru San Jit bu haqqda məlumat verib. Yaxın Şərq bölgəsi 2018-ci ildə 87 milyondan çox turist qəbul edib.

Tədbirdə, həmçinin 60-dan çox nominasiya üzrə mükafatlandırma mərasimi baş tutub.

Nominantlar “Ən yaxşı hotel”, “Ən yaxşı viza asanlaşdırma şirkəti”, “Ən yaxşı aviaşirkət”, “Ən innovativ səyahət idarəetmə şirkəti”, “Ən yaxşı B2B səyahət portalı” və s. kimi nominasiyalar üzrə mükafatlandırılıblar.

2017-ci ildən etibarən hər il keçirilən “Ərəb Səyahət Mükafatı” platforması Yaxın Şərq və Şimali Afrika bölgəsinin turizm və qonaqpərvərlik sənayesi üzrə ixtisaslaşmış şirkətlərini bir araya toplayır.