Ev Turizm Xəbərləri Osakada beynəlxalq “Japan Tourism EXPO” sərgisi açılıb

Osakada beynəlxalq “Japan Tourism EXPO” sərgisi açılıb

Oktyabrın 24-də Yaponiyada turizm üzrə beynəlxalq “Japan Tourism EXPO” sərgisi açılıb.

AZƏRTAC Yaponiya Turizm Agentliyinə istinadla xəbər verir ki, hər il təşkil edilən sərgi bu il ilk dəfə Osaka şəhərində keçirilir.

Təşkilatçıların bildirdiyinə görə, uzun illərdir ki, keçirilən turizm sərgiləri sahənin mühüm tədbirlərinə çevrilib. Qeyd edilir ki, insanların turizmə və səyahətə artan marağı, bu sahənin regional iqtisadiyyata, iş yerlərinin açılmasına, cəmiyyətin rifah halının və ekologiyanın yaxşılaşmasına müsbət təsir göstərir.

Cari ildə INTEX sərgi mərkəzində keçirilən sərgidə dünyanın 100-dən çox ölkəsindən gəlmiş turizm şirkətləri iştirak edirlər. Sərgi çərçivəsində müxtəlif forumların və seminarların təşkili də nəzərdə tutulur.

Təşkilatçıların bildirdiyinə görə builki sərgini təqribən 130 min nəfərin ziyarət edəcəyi gözlənilir.