Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmaq istəyir

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmaq istəyir

Azərbaycan və Avstraliya

Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.

Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov deyib.

O qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:

Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.

Qeyd edək ki, turizm Azərbaycanımn qeyri-neft sektorunun aparıcı sahələrindən biridir.

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.