Ev Turizm Xəbərləri Azərbaycan və İran Bakıda turizmlə bağlı müştərək ofis yaradır

Azərbaycan və İran Bakıda turizmlə bağlı müştərək ofis yaradır

turizm

Azərbaycanİran turizm sahəsi üzrə müştərək ofis yaradır”.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Turizm və hava yolları xidmətləri üzrə ofislər birliyinin sədri Hörmətullah Rəfiyi deyib.

O bildirib ki, əldə olunmuş razılığa əsasən, iki ölkənin turizm sahəsi üzrə müştərək ofisi Bakı şəhərində yerləşəcək: “Ofisdə iki ölkə arasında turistlərin gediş-gəlişlərinin qeydiyyatı aparılacaq. Beləliklə hər iki ölkənin turistlərinin hüquqlarının qorunması və rifahı təmin olunacaq”.

H. Rəfiyinin sözlərinə görə, iki ölkə arasında turistlərin gediş-gəlişi rəsmi turizm şirkətləri və ofisləri tərəfindən həyata keçiriləcək.

İki ölkə arasında təyyarə reyslərinin sayının artırılmasının zəruriliyini bildirən H. Rəfiyi vurğulayıb ki, İran və Azərbaycan arasında dəniz turizminin inkişaf etdirilməsi istiqamətində də iş aparılır.