Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər

Azərbaycana vizasız gəliş imkanları verilən ölkələrin sayı artırıla bilər

             Vizasız gəliş

Hazırda Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Azərbaycana vizasız gediş-gəliş imkanları verilən ölkələrin sayının artırılması, elektron vizanın daxil edildiyi ölkələrin siyahısının genişləndirilməsi istiqamətində danışıqlar aparılır.

Yerli vətəndaşlar

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə aidiyyəti qurumlara sərhəddən sürətli keçidin təmin edilməsi məqsədilə turistlər və yerli vətəndaşlar üçün dövlət sərhədinin buraxılış məntəqələrində əlavə keçidlərin quraşdırılması gösdərişi verilib.

Qanunvericilikdə edilən son dəyişikliklərdən sonra sürətləndirilmiş elektron vizanın verilmə müddəti 3 gündən 3 saata endirilib. “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların əldə edilməsi üçün müraciət etmək imkanı verilən ölkələrin siyahısı  artırılıb.

Məqsəd

Turist axınlarının stabilləşdirilməsi, intensivləşdirilməsi və diversifikasiyası məqsədilə 39 ölkə üzrə vizasız, 10 ölkə ilə hava limanlarında viza rejimi tətbiq ediləcək və elektron viza veriləcək ölkələrin siyahısına 35 ölkənin əlavə edilməsi ilə bağlı müvafiq təkliflər aidiyyəti qurumlara təqdim olunub.