Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycandan İrana gedənlərin sayı açıqlandı

Azərbaycandan İrana gedənlərin sayı açıqlandı

İrana gedənlərin sayı açıqlandı

2018-ci ilin ilk yeddi ayı ərzində İrana gedən Azərbaycanlı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,2 faiz artıb.

Bu barədə İran mənbələri məlumat yayıb.

Bildirilir ki, dövr ərzində 603 min 500 həmyerlimiz İrana səfər edib. İrandan Azərbaycana gələnlərin sayı 165 min 530 nəfər olub. Hansı ki, bu da 21faiz azalma deməkdir.

Qeyd olunur ki, İran azərbaycanlı turistlərin rahat və çox səfər etdiyi ölkə hesab edilir. Bununla belə, səfər edən azərbaycanlıların sayı baxımından Gürcüstan öndədir. Azərbaycanlı turistlərin 33.4 faizi Gürcüstana, 22.9 faizi Rusiyaya, 15.2 faizi Türkiyəyə üz tutur.