Ev Turizm Xəbərləri Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 1 milyona yaxınlaşır

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 1 milyona yaxınlaşır

türkiyə

Azərbaycandan Türkiyəyə ildə təxminən 800 min nəfər turizm məqsədilə səfər edir. Bu rəqəmin qısa vaxt ərzində 1,5 milyon turistə çatacağı ehtimal olunur.

Virtualaz.org xəbər verir ki, bunu Türkiyə Otelçilər Birliyinin (TÜROB) rəhbəri Müberra Eresin bildirib.

Onun sözlərinə görə, qardaş ölkə vətəndaşları turizm üçün ən çox Türkiyəni seçirlər. Artıq Azərbaycan turizm bazarı Türkiyənin ən böyük turizm bazarları sırasına daxil olmağa başlayıb.

M. Eresin iki ölkənin turizm bazarlarının böyük potensiala malik olduğunu və qarşılıqlı iş birliklərinə açıq olduqlarını ifadə edib: “Türkiyəyə hər il təxminən 800 min azərbaycanlı gəlir. Türkiyədən də təxminən 300 min nəfər Azərbaycana gedir. Azərbaycanlı turistlər Türkiyəyə tətil, alış-veriş, səhiyyə və təhsil məqsədli gəlirlər. Onlar xərcləməsi də orta səviyyədən yuxarıdadır. Biz daha yüksək nəticələr əldə etmək üçün turizm sahəsindəki əməkdaşlığı və tanıtım fəaliyyətini genişləndirməliyik”.