turizm

Ümumilikdə may, iyun və iyul ayları ərzində Azərbaycan Turizm Bürosu tərəfindən xarici bazarlardakı turizm tərəfdaşları ilə 56 vebinar, 176 onlayn görüş keçirilib. Bu görüşlərə 2000-dən çox iştirakçı qatılıb.

Dövlət Turizm Agentliyindən Gezmeli.az verilən məlumata görə, ölkəmizin turizm imkanlarının hədəf bazarlarda və digər ölkələrdə virtual formatda tanıdılması fəaliyyəti onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirilir.

İyul ayı ərzində bu fəaliyyət çərçivəsində xarici bazarlardakı turizm tərəfdaşları ilə 9 vebinar, 68 onlayn görüş keçirilib.

Hədəf bazarları təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara 249-dan çox iştirakçı qatılıb.

Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, BƏƏ, Cənubi Koreya, İsrail, Almaniya və Ukraynadan olan turoperatorlar və turizm şirkətləri ilə onlayn görüşlər baş tutub. Dünya turizminin yeni inkişaf trendləri mövsuzunda müzakirələr aparılıb.

Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionlardan olan 50-dən çox ölkədən 1212 nəfər iştirak edib. Həmçinin Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından (elearning.tourismboard.az) istifadə ediblər.

Onlar, Azərbaycan təbiəti, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya haqqında məlumat əldə ediblər. “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıblar.

Bundan əlavə, hədəf bazarları təmsil edən ölkələrin 55-dən çox turizm nümayəndəsi üçün onlayn formada 2 tanışlıq səfəri təşkil olunub.

50-dən çox ölkədən 2000-ə yaxın şəxs isə Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından istifadə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin