Ev Turizm Xəbərləri AZAL Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etdi

AZAL Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etdi

Azal

Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.

Azal

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən, çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.             

Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilib. Qonaqlar ölkəmizin mətbəx incilərini qiymətləndiriblər.

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə edib. Ötən il “Azərbaycan Hava Yolları”nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənib və AZAL Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunub.

Azal

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 Ulduz” statusuna layiq  görülüb. Bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir.

Xalqlarımız ümumi dini-mədəni irsə, ümumi mənəvi dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınını və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək”, – deyə Eldar Hacıyev bildirib.

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına – Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.     

Azal

                        

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

• Bakı-Ciddə-Bakı – bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
• Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
• Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
• Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
• Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
• Bakı-Burayda (Əl-Qassim)-Bakı – cədvəl dəqiqləşdirilir.

Azal

Səudiyyə Ərəbistanı Krallığı həmçinin iki müqəddəs yer – əfsanəvi Mədinə Məkkənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi var. Özünəməxsus memarlıq ansamblları və heyrətamiz Şərq ab-havası ilə özünə cəlb edir.

Azal

Müntəzəm reyslərə aviabiletlərin alınması üçün aviaşirkətin www.azal.az rəsmi internet saytına, çarter reyslərə aviabiletlər üçün isə AZAL-ın əsas agenti “Silk Way Travel” turizm şirkətinin satış ofislərinə müraciət etmək olar. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi: (+994 12) 598 88 80, e-mail: callcenter@azal.az. Yazılı müraciətləri həmçinin Whatsapp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.