İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.
Gezmeli.az “BakuPost”a istinadən xəbər verir ki, uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.
Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.⠀
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.⠀
Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
⠀
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.
⠀
Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM
⠀
Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.